"Rəhbərlik məni uzaqlaşdırdı" -  "Lider"dən çıxarılan aparıcı

Xəbər verdiyimiz kimi, aparıcı Könül Yusifqızı "Lider"dəki verilişindən uzaqlaşdırılıb. 
 

Axşam.az-a açıqlama verən Könül bildirib ki, bu qərar telekanalın rəhbərliyi tərəfindən verilib:

"Bəli, rəhbərlik məni efirdən uzaqlaşdırdı. Buna səbəb isə yeni layihə oldu. Yaxın günlərdə tamaşaçılar məni başqa layihə ilə görəcəklər".
 
K.Yusifqızı proqramda işlətdiyi ifadələrin sosial şəbəkədə tənqid olunmasına münasibət bildirib:

"Efirdə heç bir qeyri-etik ifadə işlətməmişəm. İstəmədən nəsə sözlər olubsa və bunu yozulubsa, onların öz problemidir. Bizim veriliş +18 gecə şousu idi. Ona görə də hər şey dərəcəsində edilirdi".

Aparıcı geyimlərinin açıq-saçıq olduğunu deyənlərə də cavab verib:

"Geyimlərimə gəldikdə isə, başqa aparıcılar nələr geyinirlər. Amma əcəb də edirlər, çünki gündəm nədir bilirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00