Ət və ət məhsulları alarkən nələrə diqqət yetirilməlidir?

Küçə və meydançalarda ət kəsimi insan orqanizmi üçün təhlükəlidir
 

Ölkədə qida təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilməkdədir. Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də antisanitariya şəraitində hazırlanmış ərzaq məhsulları istehlak etmək zorundayıq. Vəziyyət o həddə çatıb ki, artıq mövcud problemlərin aradan qaldırılması məqsdədilə inzibati tədbirlərə əl atılıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi (KQMBİ) ilə Qida Təhlükəsizliyi Agentliyi (QTA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə qida sektorunda korrupsiya hüquqpozmalarının aşkarlanmasına və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyənləşdirilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd edilib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, ət kəsimi məsələsi çox ciddi və prinsipial məsələdir: "Ciddiliyi ondan irəli gəlir ki, bu məsələdə bilavasitə əhali iştirak etməlidir, ictimai qınaq olmalıdır. İnsanlar anlamalıdır ki, hansısa bir iribuynuzlu heyvan müvafiq ekspertizadan keçmədən, müvafiq qaydada zonoz infeksiyaları yoxlanmadan, küçə və meydançalarda nəzarətsiz kəsilirsə, həmin heyvanı kəsən şəxs özünü və ətrafındakıları təhlükə altına qoyur. Bu sahədə kifayət qədər maariflənmə işi aparılmır. Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında əsas siyasi iradə ondan ibarətdir ki, gələcək nəsillərin sağlamlığı qorunsun. Kəsimlə əlaqədar adicə Bakı şəhərini götürsək, şəhər dünyanın ən gözəl şəhərinə çevrilib. Amma bir çox küçə və meydançalarda heç bir sanitar-gigiyenik şəraitə əməl olunmadan, baytarlıq-ekspertiza işləri keçirilmədən heyvanların kəsiminə rast gəlirik. Bu isə inkişaf etmiş dövlətin əhalisinin sağlamlığını təhlükə altında qoyur. Artıq bizə onlarca sahibkarlıq strukturu müraciət edərək bildirib ki, Azərbaycanın müvafiq rayonlarında kəsim məntəqələrinin yaradılması üçün investisiya qoymağa hazırdırlar. Ətin qiymətinin bahalaşması məsələsinə isə hesab edirəm ki, əsla təsiri olmayacaq. Həmin məntəqələrdə həyata keçiriləcək ekspertizaların qiymətləri də bahalı deyil ki, ətin qiymətinə təsir göstərsin. Ətin qiymətində hansısa bir rəqəm dəyişikliyi olacaqsa, bu o demək deyil ki, Azərbaycan əhalisinin sağlamlığı kütləvi təhdid qarşısında qalmalıdır. Əminəm ki, bu iqtisadi tərəfdən də əhaliyə təsir edə biləcək göstərici olmayacaq. Bütün neqativ hallar aradan qalxacaq, əhali üçün əlçatan qiymətlər olacaq". Maraqlıdır, bəs ət və ət məhsulları alarkən nələrə diqqət yetirilməlidir?
 Məlumat üçün qeyd edək ki, inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da ət və ət məhsullarından çox istifadə olunur. Bu məhsulları alarkən isə hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmaq istəyir. Keyfiyyətli ət isə bazar, yarmarka və dükanlarda, eləcə də küçələrdə fəaliyyət göstərən sallaqxanalarda kifayət qədərdir. Sadəcə olaraq istehlakçılar bir çox hallarda ət alınması zamanı onun keyfiyyətinin müəyyənləşdirilməsi problemi ilə üz-üzə qalır. Ət və ət məhsulları yüksək bioliji dəyərli qida kimi insanların qıdalanmasında mühüm əhəmiyyətə malikdir. Ətin tərkibində orqanizmin inkişafı, eləcə də normal həyat fəaliyyəti üçün lazım olan zülal, yağ, vitamin və mineral maddələr vardır. Ət və ət məhsulları qrupuna ət, quş əti, kolbasalar, ət konservləri, yarımfabrikatlar və s. daxildir. Ətin və sub məhsullarının tərкibində bir coх vitaminlər vardır. Qaraciyər və boyrəк хususən A və B qrupu vitaminləri ilə zəngindir. İnsan ət ilə ona lazım olan butun mineral maddələri alır. Tərкibində yağın və zulalın miqdarı bərabər olan ət ən yuкsəк dada maliк olmaqla, həm də yaхşı mənimsənilir. Ətin tərкibində orta hesabla 17% zulal, 20% yağ, 62% su, 1% mineral maddə olduqda ət yuкsəк кeyfiyyətli sayılır. Ətin ən dəyərli hissəsi əzələ toхumasıdır, cunкi onun tərкibində tam dəyərli zulallar və insan orqanizmi ucun lazım olan butun aminturşuları vardır. Gun ərzində orta hesabla ən azı 150 qram, ildə isə təхminən 60-65 кq ət və ət məhsullarının istehlaк edilməsi fizioloji qida norması hesab edilir. Orqanizmdə maddələr mubadiləsi ucun ən zəruri olan elementlər ət хorəкlərinin tərкibində hazır şəкildə olur. Ətin tərкib hissələri insan orqanizminin tərкibinə daha yaхındır və ona gorə də daha tez və asan mənimsənilərəк huceyrələrdə plastiк və enerji mənbəyi кimi istifadə olunur. Ona gorə də, respubliкamızda əhalinin кeyfiyyətli ət və ət məhsullarına olan tələbatının tam odənilməsinə ciddi fiкir verilməlidir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, birinci növbədə ət alarkən hər kəs onun həqiqətən mal, qoyun, quzu əti olmasına diqqət yetirilməlidir. Çünki mal və qoyun əti adı altında bəzən digər heyvan əti satışı hallarına belə rast gəlinir. Bunun üçün həmin məhsulun iyinə, rənginə və sümüklərinin formasına fikir verilməlidir. Satışa çıxarılan ət laboratoriyada analizdən keçməli və üzərində baytar həkimin möhürü olmalıdır. Satış məntəqələrində üzərində ancaq oval formalı möhürü olan ətin satılmasına icazə verilir. Ət şaqqalarının üzərində möhür kürək və bud hissələrinə vurulur. Quş ətində isə möhür boyun və budun çöl tərədinə vurulur. Ət məhsulları (kolbasa, farş və s.) alarkən onun keyfiyyətinə əmin olmaq üçün satıcıdan onun keyfiyyərini və təhlükəsizliyini təsdiq edən sənədləri (baytarlıq şəhadətnaməsi, uyğunluq və gigiyenik sertifikatları) tələb etmək istehlakçının hüququdur və satıcı bunu təmin etməyə borcludur. Ət satışı obyektləri bütün sanitar və gigiyenik normalara cavab verməli, eyni zamanda ət satışı ilə məşğul olanlar vaxtaşırı tibbi müayinədən keçməlidir. Yalnız bu tələblərə cavab verən obyektlərdən həmin məhsulları almaq olar. Eyni zamanda nəzərə alın ki, mövcud ticarət qaydalarına görə ət məhsullarının bir dəfədən artıq dondurulduqdan sonra satılması qadağandır.
Qablaşdırılmış ət və ət məhsullarının etiketində məhsulun adı və növü, istehsalçının adı və ünvanı, məhsulun tərkibi, termik vəziyyəti (soyudulmuş, dondurulmuş və s.), istehsal və qablaşdırma tarixi, saxlanma müddəti və şəraiti, qida əlavələr, aromatik əlavələr, bioloji aktiv qatişiqlar və digər inqrediyentlər, faydalılığı haqqında məlumat, məhsulun hazırlanma üsulu, sertifikatlaşması barədə məlumatlar olmalıdır. Qablaşdırılmış ətin yararlıq müddəti istehsalçı tərəfindən müəyyən olunur və məhsulun etiketində göstərilir. Təzə ət üçün isə malın kəsilmə tarixi və yararlılıq müddəti göstərilmiş baytarlıq şəhadətnaməsini (keyfiyyət vəsiqəsini) tələb etmək lazımdır. Ət konservlərinin qapağının üzərində mütləq qabarıq şəkildə döymə üsulu ilə yazılar olmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq müddətinin göstərilməməsi onun keyfiyyətsizliyinə ciddi şübhələr yaradır. Bu kimi məhsullarda rastlaşdıqda onlar almaqdan çəkinmək lazımdlır. Dondurulmuş ət isə kameralarda -18oC-dən yuxarı olmayan temperaturda saxlanılır. Donu açılmış ət təzə ətin xüsusiyyətlərinə malik olmalı və mümkün qədər tez bişirilməlidir. Əks halda zəhərlənmə riski istisna olunmur. Kolbasa məmulatlarının növündən asılı olaraq saxlama və satış müddətləri bir sutkadan dörd aya qədər saxlanıla bilər. Bəzi növ kolbasaların saxlanma müddəti və şəraiti isə onlar üçün təsdiq edilmiş ressepturalar əsasında müəyyən edilir. Mənfi 7-9 dərəcədə yarım hisə verilmiş kolbasalar 3 aya qədər, bişmiş hisə verilmiş kolbasalar 4 aya qədər, çiy hisə verilmiş kolbasalar isə 9 aya qədər saxlanıla bilər.
Ət alarkən onun xarici görünüşunə və iyinə diqqət yetirmək lazımdır. Köhnə ətin tərkibindəki piyin miqdarı az və tünd rəngli olur. Bəzən rəngi və görünüşü yaxşı olan ətin pis iyi olur. Belə qoxu ətin istifadə müddəti bitdikdə və ya o düzgün saxlanmadıqda yaranır. Təzə ət özünə xas spesifik iyə malik (müvafiq heyvan növü üçün xarakterik), rəngi açıq çəhrayıdan tünd qırmızıya qədər olur. Kəsikdə ət sıx, elastik olmaqla, barmaqla basıldıqda əmələ gələn çökək tez düzəlməlidir. Təzəliyi şübhə doğuran və ya xarab olmuş əti almayın. Solğun, yapışqan, təzə ətə xas olmayan iyi olan ətədn istifadə etmək məsləhət görülmür. Belə ətin istehlakı xəstəlik törədən mikrobların inkişaf üçün əsas mənbələrdən biridir və ərzaq zəhərlənməsinə səbəb ola bilər. Küçələrdə satılan ətlərin əksər halda mənşəyi bilinməməklə yanaşı, həm də sanitar və gigiyenik baxımdan çox qüsurlu olur. Ət alarkən onun rənginə fikir verin. Əgər ətin rəngi saralıbsa və ya qaralıbsa ondan imtina edin və bu barədə DX-ə müraciət edin. Yalnız bu yolla sağlamlığımızı təhlükədən qoruya bilərik.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31