Daha bir kəndə təbii qaz verildi
3 May 2018 15:49 SosialAğstafa rayonunun Böyük Kəsik kəndinə ilk dəfə təbii qaz verilib.
"Azəriqaz" İstehsalat Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 340 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 238 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 20 463 metr müxtəlif diametrli metal borularla daşıyıcı,paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31