Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 10 185 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

"OLAYLAR"-a nazirlikdən bildirilib ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 10 185 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 357 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 828 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 173 sənəd (703 məktub, 456 ərizə, 14 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirmə və ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31