Azərbaycanda gözün buynuz qişasının əməliyyatları başlayıb
3 May 2018 13:56 SosialGözün buynuz qişasının Azərbaycana gətirilməsinə və pasiyentlərin əməliyyat edilməsinə artıq başlanılıb.
"Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında deyib. Ə.Əmiraslanov vurğulayıb ki, bu əməliyyatın hansı klinika tərəfindən icra olunmasına müvafiq icra hakimiyəti orqanı icazə verir və əməliyyatın hansı həkimlər tərəfindən icra edilməsi müəyyən edilir: "Ola bilər, hansısa klinikalara bu əməliyyatı icra etmək icazəsi verilməyib, ancaq Azərbaycanda bu əməliyyat artıq həyata keçirilir". Deputat Musa Quliyev isə bildirib ki, gözün buynuz qişasının Azərbaycanda gətirilməsi üçün heç bir əngəl qalmayıb, bununla bağlı lazımi qanunvericilik bazası yaradılıb: "Təbii ki, hər kəs bunu gətirə bilməz, ancaq qanunvericilik çərçivəsində bu işi həyata keçirmək üçün heç bir əngəl qalmayıb".