Səhiyyə Nazirliyi körpələr evi ilə bağlı açıqlama verdi

Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, aparılan araşdırmaların nəticəsində  görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub. 

Onun sözlərinə görə, görüntülər təhrif edilib:
"Görüntülərdən aydın olur ki, Körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri məsələsinə gəlincə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00