Paytaxtın bir hissəsinə içməli su fasilələrlə veriləcək
2 May 2018 17:16 SosialMayın 3-də gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki, içməli suyun verilməsində məhdudiyyət Bakı şəhəri Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00