9 palıd ağacı KƏSİLDİ - Təbiətə 1070 manat məbləğində ziyan VURULDU

Şəki rayonu Bideyiz bələdiyyəsinin mülkiyyətinə aid örüş sahəsində 9 ədəd palıd, qarağac, yemişan cinsli ağac kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Olaylar.az -a  verilən məlumata görə, hadisə nəticəsində təbiətə 1070 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib.

Təqsirkarın müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Şəki Rayon Polis şöbəsinə göndərilib.

Bu fakt nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəki rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31