Mark ciddi münasibət yaşamaq istəyənləri DÜŞÜNDÜ – Facebook –da YENİLİK

"Facebook" sosial şəbəkəsində ciddi münasibətlərin qurulması üçün tanış olmaq imkanı istifadəyə veriləcək. Bu barədə sosial şəbəkə təsisçisi Mark Sukerberq "F8" konfransında bildirib. 

Olaylar.az bildirir ki, məqsəd  ötəri əlaqələrin deyil, həqiqi, uzunmüddətli münasibətlərin qurulmasına yönəlib.

Servis sosial şəbəkənin mobil əlavəsinin tərkib hissəsi və opsional olacaq. "Facebook" yaradıcısı, həmçinin vurğulayıb ki, istifadəçinin dostları onun özünə tərəfdaş axtarması barədə məlumatsız olacaqlar: servis yalnız istifadəçinin dostluğunda olmayan insanları təklif edəcək.

Bundan başqa, servisdən profildə tərəfdaşının olmamasını göstərən istifadəçilər yararlana biləcəklər. 
M.Sukerberq yeni servisin açılması ilə bağlı məlumatlar açıqladıqdan sonra "Tinder" tanışlıq əlavəsinin məxsus olduğu "Match Group" şirkətinin səhmlərinin dəyəri 17 faiz ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31