Ağa Musa Nağıyevdən qənaət dərsi

Olaylar.az xəbər verir ki, Bakının neft milyonçularından olan Ağa Musa Nağıyev bir dəfə mədənə gəlir. Görür ki, bənna və fəhlələr nahar fasiləsinə çıxıb, iş icraçısı papiros bükür, kibritlə yandırır. Ağa Musa deyir: "Bala, sən sabahdan işə çıxma, get kontora, haqq-hesabını al" İş icraçısı çaşır: "Nəyə görə Ağa Musa?" Ağa Musa əsəbləşərk deyir: "Qabağında o boyda ocaq ola-ola papirosu kibritlə yandırırsan. Sən öz malının qədrini bilmirsənsə, mənim malımın qədrini necə bilərsən?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31