İcradan yayınan 2700 nəfər həbs edilib
Mülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması icra xidmətində də iş həcminin artmasına səbəb olmuşdur. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bununla əlaqədar məhkəmə qərarlarının düzgün və vaxtında icrasını təmin etmək, icra mexanizmlərini təkmilləşdirmək məqsədilə təsirli tədbirlər görülür.
23 Noyabr 2017 11:47 SosialMülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması icra xidmətində də iş həcminin artmasına səbəb olmuşdur. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bununla əlaqədar məhkəmə qərarlarının düzgün və vaxtında icrasını təmin etmək, icra mexanizmlərini təkmilləşdirmək məqsədilə təsirli tədbirlər görülür. Ötən bir ildə icra işlərinin sayı 30% artaraq 800 mini ötmüş, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada icrası təmin edilmişdir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4.000 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən 2.700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilmiş, 337 nəfər barəsində cinayət işi başlanmışdır. Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 586 cinayət işinin istintaqı tamamlanmış, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunmuşdur.