"Türk Hava Yolları" görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidmətini istifadəyə verib

"Türk Hava Yolları" görmə qabiliyyəti zəif olan sərnişinlərin həyatını asanlaşdıracaq yeni həll hazırlayıb. “OLAYLAR”-ın xəbərinə görə, qlobal aviadaşıyıcı görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidməti istifadəyə verib. Bu xidmətə əsasən, onlar İstanbul Atatürk Hava Limanının beynəlxalq terminalında yerləşən xüsusi qeydiyyat masasından Braylın şrifti ilə yazılmış minik talonu əldə edə bilərlər.

"Türk Hava Yolları" görmə qabiliyyəti zəif olan sərnişinlərin həyatını asanlaşdıracaq yeni həll hazırlayıb. "OLAYLAR"-ın xəbərinə görə, qlobal aviadaşıyıcı görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidməti istifadəyə verib. Bu xidmətə əsasən, onlar İstanbul Atatürk Hava Limanının beynəlxalq terminalında yerləşən xüsusi qeydiyyat masasından Braylın şrifti ilə yazılmış minik talonu əldə edə bilərlər. Türkiyənin milli aviaşirkəti görmə qabiliyyəti zəif olan əməkdaşlarını tətbiqi layihənin tədqiqatına və işlənməsinə cəlb edib və sağlamlıq imkanları məhdud olan sərnişinlərin bütün ehtiyaclarını diqqətlə araşdırıb, minik talonun basmanaxışlı dizaynını hazırlayıb. Səyahətçilər üçün ən önəmli məlumatlar - rezervasiya kodu, aviareysin nömrəsi, tarixi və uçuş vaxtı, gediş və gəliş məntəqələri, kreslo və çıxış nömrəsi - minik talonun üzərinə Braylın əlifbası ilə vurulub. Bu pilot layihə ilk olaraq Atatürk Hava Limanında həyata keçirilsə də, yaxın gələcəkdə yeni xidmət digər hava limanlarında da təklif ediləcək. Bundan başqa, "Türk Hava Yolları" ilə səyahət edən və eşitmə qüsuru olan sərnişinlərin uçuşlarını yüngülləşdirmək üçün 100-dən çox bort bələdçisi və yerüstü heyətin üzvləri jestl dilində hazırlıq keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31