Saçları nəmləndirən MAYONEZ MASKASI
Mayonez maskası həm tərkibində kimyəvi maddə olmayan, həm də saça olduqca fayda verən maska kimi tanınır. Saçları nəmləndirdiyi üçün daha çox quru saç tipi olanların istifadə etməsi məsləhətdir. Ailem.az mayonez maskası hazırlamaq istəyənlərə resepti təqdim edir.
22 Noyabr 2017 20:10 SosialMayonez maskası həm tərkibində kimyəvi maddə olmayan, həm də saça olduqca fayda verən maska kimi tanınır. Saçları nəmləndirdiyi üçün daha çox quru saç tipi olanların istifadə etməsi məsləhətdir. Mayonez maskası hazırlamaq istəyənlərə resepti təqdim edirik.
Lazım olanlar:
4 qaşıq mayonez
1 ədəd yumurta
3 xörək qaşığı zeytun yağı
Tətbiqi:
Bütün ləvazimatları qarışdırın və saçınıza vurun. 30 dəqiqə boyu qarışımı saçınızda saxlayın. Yarım saat sonra saçlarınızı bol şampunla yuyun.
Mayonez maskasını yuduqdan sonra saçınızda bir ağırlaşma və yağlılıq hiss edə bilərsiniz. Bu, normaldır. Saçınızda mayonezin qalmış olduğunu düşünüb təkrar yumağınız məsləhət deyil. Bu şəkildə ən az 1 gün saxlayın. Saçınız öz yağını buraxanda şampunlayıb yuya bilərsiniz. Ailem.az