“Bəkirnamə”  təqdim edildi

AMEA Mərkəzi Elmi Kitabxanası AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuadın müəllifi olduğu “Bəkirnamə” kitabının təqdimatını keçirib. Kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenli əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bildirib ki, görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalələr və kitablar arasında bu əsərin öncəki mənbələrdən fərqi ondadır ki, epizodik şəkildə, bəzi elementlərə istinad edərək müəllif elmi publisistik üslübda, hər bir oxucunun anladığı dildə kitab ərsəyə gətirib.

AMEA Mərkəzi Elmi Kitabxanası AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuadın müəllifi olduğu "Bəkirnamə" kitabının təqdimatını keçirib. Kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenli əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub.

Olaylar.az bildirir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bildirib ki, görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalələr və kitablar arasında bu əsərin öncəki mənbələrdən fərqi ondadır ki, epizodik şəkildə, bəzi elementlərə istinad edərək müəllif elmi publisistik üslübda, hər bir oxucunun anladığı dildə kitab ərsəyə gətirib.

AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirib ki, böyük tarixi şəxsiyyətlər haqqında yazılan namələr - Şahnamə, İsgəndərnamə, Bəhramnamə, Oğuzanamə - kimi Bəkirnamənin də yazılması çox təbiidir. Namə - öz sahəsində, vətənində, el arasında nüfuz qazanan, müstəsna xidmətləri olan bir insandan soraq verir.

Xalq şairi Sabir Rüstəmxanlı ədəbi tənqid elminin dəyərli bir siması olan Bəkir Nəbiyev haqqında yazılan bu kitabın təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu bildirib. Millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov ustadının elm aləmindəki xidmətlərinə toxunub və onun əsl pedaqoq kimi üstün cəhətlərindən söz açıb. Bəkir Nəbiyevin tələbəsi, millət vəkili Jalə Əliyeva Füzuli haqqında yazmış olduğu elmi işinin müdafiəsi zamanı akademikin onun əsərinə verdiyi dəyərdən, gənclərə göstərdiyi dəstəyindən danışıb və bildirib ki, həmin gün Bəkir müəllimin mövzu ilə bağlı kəsərli nitqi ona elm aləminə bir alim kimi ilk vəsiqə qazandırıb.

Professor Asif Rüstəmli çxışında akademik Bəkir Nəbiyevin haqqında yazılan əsərin əhəmiyyətinə toxunub və ədəbiyyatşünaslıq elminin inkişafında əvəzsiz xidmətləri ilə seçilən böyük alimin adına ucaldılmış abidə hesab edib.

Təqdimat mərasimində Bəkirnamə kitabı haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Türk Dünyası Bakı Atatürk Liseyinin direktoru Hüseyin Demirel Bəkir Nəbieyin timsalında zaman-zaman türk dünyasında belə aydınların olmasını xoşbəxtlik kimi qiymətləndirib.

"Bəkirnamə" kitabının müəllifi, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Esmira Fuad bildirib ki, adi müxbirlikdən akademik səviyyəsinədək yüksəlmiş, zəngin yaradıcılığı ilə Azərbaycan elmində öz parlaq səhifəsini yaratmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31