Milli Məclis büdcə müzakirələrinə start verir

Noybarın 21-dən 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq. “Olaylar” xəbər verir ki, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 3 gün davam edəcək.

Noybarın 21-dən 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq. "Olaylar" xəbər verir ki, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 3 gün davam edəcək. Noyabrın 21, 22, 23-də 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Baş nazir Artur Rasizadənin də iclasa qatılacağı gözlənilir. 3 gün davam edəcək iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxil edilib:
1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31