Qan azlığını aradan qaldıran qidalar hansılardır?

Qan azlığı son zamanlar insanlar arasında çox rast gəlinir. Qan azlığı nəticəsində bir çox xəstəlik insan bədənində daha sürətlə yayılır. Sağlam yaşamağın ilkin şərti qan azlığını aradan qaldırmaqdır. 

Qan azlığı son zamanlar insanlar arasında çox rast gəlinir. Qan azlığı nəticəsində bir çox xəstəlik insan bədənində daha sürətlə yayılır. Sağlam yaşamağın ilkin şərti qan azlığını aradan qaldırmaqdır. 
Qan azlığı xəstəlik deyil, sadəcə insanları narahat edən şikayətdir. Yer üzündə hər 3 insandan birində xroniki qan azlığı problemi var. Qan azlığı gənclər və qadınlar arasında daha çox yayılıb. Qan azlığı düzgün və normal qidalanmamaqdan yaranır. 

Qan azlığının işarələri 
Xroniki yorğunluq və tez yorulma 
Nəfəs darlığından şikayəti
Sinədə ağrılar 
Dəmir əskikliyi ilə bağlı olaraq metabolizmada yavaşlama 
Dodaqların qaralması və tündləşməsi 
Əsəbilik və sinirli olmaq 
Davamlı xroniki yuxusuzluq 
Bənizin solğun olması 
Qan azlığına yaxşı təsir edən qidalar 

Qan azlığını aradan qaldırmaq üçün bədənin dəmir və C vitamini ehtiyacını qarşılayan qidalar son dərəcə vacibdir. Həmçinin tərəvəzlər, meyvələr, çiy tərəvəzlər, xüsusən də ispanaq, kərəviz, yulaf, doşab qan azlığına təsir. 

Yaşıl sarımsaq çiy yeyildiyi zaman qanı çoxaldır. Digər tərəfdən isə B12, C vitamini və dəmirlə zəngin olan qidaları bol yemək lazımdır. Qara ciyər, bütün qırmızı ətlər, yumurta, pomidor, yaşıl tərəvələr, tərə, qurudulmuş meyvələr də qaz azlığına yaxşı təsir edir. 

Bal sağlamlığa yaxşı təsir etdiyi kimi qan azlığına da təsir edir. Qırmızı rəng baxımından zəngin olan çiyələk, böyürtkən qara tut, qırmızı tut, qırmızı turp, qırmızı kələm də bu problemin həllinə yardım edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31