Zəlzələ Ağdama ciddi ziyan vurdu, Üçoğlan kəndində bir ev tamamilə dağıldı

Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində Ağdam rayonuna ciddi ziyan dəyib.

Trend  bildirir ki, rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə nəticəsində rayonun Üçoğlan kəndində kənd sakini Səfərova Zəhra Göyüş qızına məxsus bir mərtəbəli 3 otaqlı daş ev tamamilə dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmayib. Kənd ərazisində onlarla evdə böyük çatlar əmələ gəlib.

Zəlzələ nəticəsində rayonun Quzanlı kəndində elektrik transformatoru partlayıb və qəsəbə işıqsız qalıb.

Həmçinin rayonun bir çox yaşayış məntəqələrində evlərdə iri çatlar yaranıb.

Hazırda Ağdam rayon İcra Hakimiyyətində zəlzələ ilə bağlı xüsusi komissiya yaradılıb və zədələnən evlərə baxış keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00