Dünyanın ən səssiz otağı: Burada insan damarlarındakı qanın səsini belə duyur

Burada insan damarlarındakı qanın səsini belə duyur

Microsoft texnologiyasının bəzi nümunələri xüsusi olaraq düzəldilən "dünyanın ən səssiz otağında" hazırlanır. Otaq o qədər səssizdir ki, burada qanınızın damarlardakı hərəkrəini belə duya bilirsiniz.

Şirkətin Vaşinqtondakı mərkəzində inşa edilən otaq 2015-ci ildə 20.6 desibel ilə"dünyanın ən səssiz yeri" ünvanını qazanıb. İçəri və ya çölə səs keçirməməsi üçün otaq altı qat beton divarlardan hazırlanıb. Hər divar 30 sm qalınlığındadır. Beləcə 110 desibellik səs əngəllənmiş olur.

Nəfəs belə 10 desibel

İnsan fısıltısı 30 desibel, nəfəs almaq 10 desibel, otaq hərarətində hava molekullarının çarpışması isə 24 desibel. Araşdırmaçılar bu otaqda insanları öz ürək döyüntülərini, qanının damarlardakı hərəkətini və sümüklərinin hərəkət etməsini duya bildiyini söyləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00