“Qəlbdəki və qələmdəki Qarabağ” kitablaşdırılıb

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi “QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ” layihəsi çərçivəsində türksoylu ölkə və topluluqları təmsilən (Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, QKTC-i ilə yanaşı Tatarıstan, Çuvaşıstan və doğma Təbrizdən…) Bakıya gəlmiş araşdırmaçı-yazar, şair-tərcüməçi və yazıçı-publisistlərin iştirakı ilə keçirilmiş silsilə tədbirlərin (ümumən layihənin) yekunu olaraq “XAN” Nəşrlər Evində vahid mövzulu, ancaq fərqli janrlarda qələmə alınmış yazılardan ibarət “QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ” antologiyası gün üzü görüb.

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi "QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ" layihəsi çərçivəsində türksoylu ölkə və topluluqları təmsilən (Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, QKTC-i ilə yanaşı Tatarıstan, Çuvaşıstan və doğma Təbrizdən...) Bakıya gəlmiş araşdırmaçı-yazar, şair-tərcüməçi və yazıçı-publisistlərin iştirakı ilə keçirilmiş silsilə tədbirlərin (ümumən layihənin) yekunu olaraq "XAN" Nəşrlər Evində vahid mövzulu, ancaq fərqli janrlarda qələmə alınmış yazılardan ibarət "QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ" antologiyası gün üzü görüb.

Gənclər Mükafatı laureatı İntiqam Yaşarın Layihə rəhbəri olduğu, gənc yazarlar Sərvər Kamranlı, Nofəl Ümid və Sərdar Şirvanın tərtib etdiyi, redaktorları Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, həmin Mərkəzin baş redaktoru Dəyanət Osmanlı və Sumqayıtdakı Əli Kərim ad. Poeziya Evinin direktoru İbrahim İlyaslı olan "QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ"ın "Önsöz"ünü millət vəkili, dr. Cavanşir Feyziyev yazıb.

Antologiyanın məsləhətçiləri - millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru dos.dr. Hikmət Babaoğlu, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, ATXƏM başqanı İlham İsmayılov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin başqan müavini Mübariz Hacıoğlu, DGTYB Təsisçilər Şursının üzvü dos.dr. Rəsmiyyə Sabir, "GÜLCE" Ədəbiyyat Axımının başçısı Mustafa Ceylan (Antalya/Türkiyə), rəyçilər isə BAMF Başqanı Umud Rəhimoğlu, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının başqanı Vüqar Qədirov, "Modern.az" portalının baş redaktoru Elşad Eyvazlı, "XAN" NE-nin direktoru, dedektiv yazar Müşfiq Xan və Mili Qəhrəman Şahlar Şükürov ad. Kəlbəcər 35 saylı tam orta məktəbin direktoru, şair-publisist Elşən Əzimdir.

Antologiyada 71 yazarın fərqli janrlara aid yazıları toplanıb. Müəlliflərin yarıdan çoxu (38) Azərbaycan Respublikasının vətəndaşı olmayan yazarlardır və qardaş ölkələrə, topıuluqlara mənsub yeni nəsil yazarlarının Azərbaycanın 1 saylı probleminə, məruz qaldığımız elan olunmamış müharibəyə, Xocalı Soyqırımına... elmi, publisistik, bədii... - bir sözlə, qələmli (və qəlbli!) münasibəti təqdirəlayiq haldır.

DGTYB gələcəkdə "QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ"ın yeni cildlərini də hazırlamağı planlaşdırır.

Antologiya pdf formatında kitabxana.net portalında da yerləşdirilib

(http://www.kitabxana.net/?oper=readBook&id=2532).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31