İçində Türkiyə və Azərbaycan sevgisini yaşadan diplomat

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının üzvləri ilə görüş keçirib. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov görüşdə çıxış edərək iki ölkə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrindən söz açıb.

İsmayıl Alper Coşkun jurnalistlərlə vida görüşü keçirib
 

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının üzvləri ilə görüş keçirib. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov görüşdə çıxış edərək iki ölkə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrindən söz açıb. Azərbaycan və Türkiyənin mediası arasındakı əlaqələrə toxunan Ə. Amaşov bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etməyindən məmnunluğunu ifadə edib: "Azərbaycanla Türkiyə arasındakı münasibətlər elə yüksək səviyyədədir ki, dünyada başqa iki belə dövlət tapmaq qeyri-mümkündür. Azərbaycan və Türkiyə siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə srateji tərfdaşlıq edir. Bütün beynəlxalq təşkilatlarda bir-birlərinin maraqlarını müdafiə edirlər". MŞ sədri Türkiyə səfirinin Azərbaycana ilk gəlişini də xatırladıb: "Onda cavan bir oğlan idiniz. Bilmirəm biz sizi qocaltdıq, yoxsa zaman". Ə. Amaşov bildirib ki, İ. A. Coşkun Azərbaycanda səfir olduğunu müddətdə iki ölkə arasında olan media münasibətləri daha da inkişaf edib. O, çıxışında iki qardaş ölkənin tarixi və mənəvi yaxınlıqlarını qeyd etməklə yanaşı, media sahəsindəki əməkdaşlıqda əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi və ortaq problemlərə vahid prizmadan yanaşılmasının vacibliyini diqqətə çatdırıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının sədr Vüqar Səfərli qeyd edib ki, iki qardaş ölkənin daha da yaxınlaşmasında medianın ropu danılmazdır: "Ötən illər ərzində Türkiyədən Azərbacana çox səfir gəlib-gedib. Onlardan Hülüsi Kılınc ölkələrmizin media orqanları arasında əlaqələrinin genişləndirməsi istiqamətində xüsusi fəaliyyət göstərib. Sonra isə siz bu missiyanı davam etdirdiniz". V.Səfərli diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyənin iki qardaş dövlət olmasına baxmayaraq hər iki ölkənin mətbuatında xoşagəlməz fikirlərə rast gəlinir. İsmayıl Alper Coşkun belə halların aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Məhz bunun nəticəsidir ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan mətbuatı ictimaiyyətə ən düzgün məlumatları çatdırdı. Yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuz qeyd edib ki, İsmayıl Alper Coşkunun diolimatik fəaliyyəti Azərbaycan və Türkiyə üçün ən ağır dövrə təsadüf edib. 2012-ci ildən başlayaraq ölkədə terrorizmə qarşı mübarizə elan edildi, ardınca dekabr hadisələri və ən nəhayət 15 iyul dövlət çevrişinə cəhd baş verdi: "İsmayıl Alper Coşkun elə hesab edirdi ki, onun Azərbaycanda diplomatik fəaliyyəti asan olacaq. Lakin daha çətin və mürəkkəb məsələlər ortaya çıxdı. Bütün bunlara baxmayaraq səfir bunların öhdəsindən gələ bildi". "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, Türkiyə səfiri daim mətbuata açıq olub: "Onun səlahiyyət müddətinin başa çatmasına həm təəssüflənir, həm də sevinirik. Ona görə sevinirik ki, Azərbaycanı daha dərindən bilən bir diplomat bundan sonrakı fəaliyyətində bizi müdafiə edəcək. Azərbaycanın dünyada və regionda mövqeyini bilən diplomatın Türkiyədə iş başında olması müsbət amildir". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mİrzəbəyli diqqətə çatdırıb ki, Türkiyənin Azərbaycanda səfiri olmaq çox çətindir. Çünki bu iki türk xalqı arasında oxşar cəhətlər kifayət qədər olsa da fərqlilik də mövcuddur: "Türkiyə həmişə ən yaxşı diplomatlarını Azərbaycana göndərib. İsmayıl Alper Coşkun da iki ölkənin media qurumları arasındakı əlaqələrin genişlənməsində b İsmayıl Alper Coşkun öyük rol oynayıb. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında daha çox mənəvi bağlığa ehtiyac var". "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, İsmayıl Alper Coşkun Azərbaycan-Türkiyə dostluğunun daha da möhkəmlənməsi istiqamətində çox işlər görüb: "Mətbuat Şurasının elə bir presidenti olsaydı, ona "Mətbuatın dostu" fəxri adını verərdi. O, diplomatik fəaliyyətinin parlaq dövrünə qədəm qoyub. Ümid edirəm ki, bundan sonra harada çalışmasına baxmayaraq Azərbaycan-Türkiyə dostluğunun möhkəmlənməsinə xidmət edəcək". "Şərq" qəzetinin baş redaktoru Akif Aşıqrlı bildirib ki, Azərbaycan mətbuatı Türkiyənin ən ağrılı məsələlərində cəmiyyətə obyektiv məlumat çatdırıb. Bu, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunun fəaliyyətinin nəticəsidir. O, təkcə Türkiyənin yox, həm də Azərbaycanın səfiridir". Bütün çıxış edənlər səlahiyyət müddəti başa çatan səfirə yeni işlərində uğurlar arzu edib, Azərbaycanla əlaqələrini bundan sonra da davam etdirəcəyinə ümidvar olduqlarını bildiriblər.Səfirə iki ölkənin media əlaqələrinin inkişafındakı xidmətlərinə görə Mətbuat Şurasının fəxri diplomu təqdim edilib. Səfuir İsmayıl Alper Coşkun çıxışında iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. O deyib ki, Türkiyə hər mövzuda Azərbaycanla eyni mövqedədir: "Biz bütün məsələlərə eyni gözlə baxırıq. Biz qardaş ölkələr olaraq hər zaman bir-birimizin yanında olmuşuq. Türkiyədə Azərbaycanın, Azərbaycanda Türkiyənin daha yaxından tanıdılması üçün bütün vasitələrdən istifadə etməliyik və bu, bizim ən vacib işlərimizdən biridir. Azərbaycandan ayrılmaq asan deyil. Mən Türkiyədə olanda övladlarım deyir ki, Bakıya, evimizə nə vaxt gedəcəyik. Bu, mənim də, ailəmin də Azərbaycan sevgisidir. Mən Azərbaycana çox güvənirəm və hər zaman da belə davam edəcək". Səfir Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə də toxunub: "Azərbaycanın son vaxtlar ən böyük yatırımı Türkiyəyədir. Mənim qənaətimə görə, iqtisadi əlaqələr, enerji layihələri indiyədək necə uğurla həyata keçirilibsə, bundan sonra da belə olacaq. Təhsil, turizm sahəsində də əlaqələrin daha yaxşı inkişaf edəcəyinə ümid edirəm". O, Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olmasını da təklifi edilib: "Çünki hədəflərimiz, maraqlarımız eynidir".Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan bir-birinə sıx bağlıdır: "Türkiyə heç vaxt Azərbaycanı maraqlarına zərbə vuran addım atmaz. Türkiyə hər hansı addım atarkən Azərbaycanın maraqlarını nəzərə alır. Çünki iki ölkənin hədəfləri eynidir. Bəzi fikir ayrılıqları ola bilər. Amma ümumi məsələlərdə fikirlərimiz üst-üstə düşür". İ.A.Coşqun jurnlistlərə də təşəkkürünü bildirib. O qeyd edib ki, hər kəs işində dürüst olmalıdır: "Səmimiyyəti kitablardan hiss etmək olmur, səmimyyət daha çox təmasda olarkən hiss olunur". Səfir Azərbaycanı özünə doğma ölkə kimi qəbul etdiyini vurğulayıb: "Azərbaycandan ayrılmaq asan deyil. Uşaqlarım Türkiyədə məktəbə gedirlər. Deyirlər ki, Azərbaycana-evimizə nə zaman dönəcəyik? Yəni, Azərbaycana bu qədər bağlıyıq. Bu ölkəyə çox güvənirəm, səmiyyətinə inanıram. Bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Azərbaycan gəncləri məni heyran edir, ölkədə savadlı kadrlar yetişir. Avropa Oyunları zamanı könüllülərdən ibarət qrupları görəndə həsəd apardım. Biz bununla qürur duyuruq".

Alim 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31