Lerikə gedənlər ehtiyatlı olsunlar

Lerik rayonunda torpaq sürüşməsi olub.

Lerik rayonunda torpaq sürüşməsi olub.

APA xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb.
 
Sürüşməyə son günlər cənub bölgəsinə yağan yağışın səbəb olduğu bildirilir. Belə ki, dağlardan gələn lil-palçıq magistral yola tökülərək, nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradıb. Eni 6 metr olan yolun üst qatı da sürüşməyə məruz qalıb. Nəticədə yol daralıb. 
 
43 saylı Lerik rayon yol istismar sahəsinin rəisi Elxan Əliyev APA-ya bildirib ki, qurumun ağır texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yolun yuxarı hissəsində avtomobillərin normal hərəkət etməsi üçün zolaq açılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31