Rusiyalı jurnalistlər üçün press-tur təşkil olunub

Azərbaycanın Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən Rusiyanın aparıcı KİV nümayəndələrinin iştirakı ilə Azəbaycanın turizm mərkəzlərinə 6 günlük press-tur başlanıb.

Azərbaycanın Rusiyada turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti tərəfindən Rusiyanın aparıcı KİV nümayəndələrinin iştirakı ilə Azəbaycanın turizm mərkəzlərinə 6 günlük press-tur başlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, press-turda  travel.ru, lenta.ru, businesstraveller.com, geo.ru kimi veb portalların, eləcə də "Forbes", "Аeroflot" və "Uralskiye avialinii" jurnallarının nümayəndələri iştirak edir. Səfərin əsas məqsədi tur iştirakçılarının Azərbaycan xalqının tarixi və müasir mədəniyyəti ilə tanışlığına istiqamətlənib. Səfər çərçivəsində "Şahdağ" Turizm Mərkəzi ilə tanışlıq olub. Press-turun növbəti günlərində jurnalistlərin Nabran, Samur-Yalama milli parkı və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Şəkidə Kiş kəndi və paytaxt Bakı ilə tanışlıqları nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31