Baş nazir Xəzərlə bağlı qrafiki təsdiq etdi
Baş nazir Artur Rasizadə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri”ni təsdiq edib.
31 Avqust 2016 11:52 SosialBaş nazir Artur Rasizadə "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri"ni təsdiq edib.
"Qafqazinfo" xəbər verir ki, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb:
1. 2016-cı il 1 aprel vəziyyətinə "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri" təsdiq edilsin.
2. "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının qrafik təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 23 oktyabr tarixli 137 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 10, maddə 621) ləğv edilsin.