Gecə yesəniz yata bilməzsiniz - XƏBƏRDARLIQ

İnsanların çoxu istəmədən gec saatlarda yemək yeyəsi olur. Əslində, burada heç bir qəbahət yoxdur. Gecə yatmazdan 4 saata qədər yemək olar. Lakin burada diqqət edilməsi lazım olan məqam nə yeməkdir. Dietoloqlar bildirir ki, bir çox qidalar gecə yeyildikdə yuxunun keyfiyyətinə mənfi təsir edir. Həzmi çətin olan və uzun müddət mədə-bağırsaqda qalan qidaların yatmağa yaxın yeyilməsi bir çox sağlamlıq probleminə səbəb olur. Aile.lent.az gecə yeyilməsi məsləhət görülməyən qidaların siyahısını sizə təqdim edir.

İnsanların çoxu istəmədən gec saatlarda yemək yeyəsi olur. Əslində, burada heç bir qəbahət yoxdur. Gecə yatmazdan 4 saata qədər yemək olar. Lakin burada diqqət edilməsi lazım olan məqam nə yeməkdir. Dietoloqlar bildirir ki, bir çox qidalar gecə yeyildikdə yuxunun keyfiyyətinə mənfi təsir edir. Həzmi çətin olan və uzun müddət mədə-bağırsaqda qalan qidaların yatmağa yaxın yeyilməsi bir çox sağlamlıq probleminə səbəb olur. Aile.lent.az gecə yeyilməsi məsləhət görülməyən qidaların siyahısını sizə təqdim edir.

Qırmızı ət

Əgər axşam yemək saatınız səkkizdən sonraya təsadüf edirsə, qırmızı ət yeməyi ağlınızdan çıxarın. Sərt quruluşu və zülal tərkibi yüksək olması səbəbindən uzun müddət tox tutan qırmızı ət, yatarkən bağırsaq sisteminizdə olacaq. Bu hal isə yuxu nizamınızın pozulmasına gətirib çıxaracaq.

Spirtli içkilər

Bəziləri elə düşünür ki, çox miqdarda spirtli içki qəbul etmək yaxşı yuxuya səbəb olur. Bu əsla belə deyil. Spirt yatmağa səbəb olmur, üstəlik ümumiyyətlə uzun və rahat nizamını pozur. Spirt içki qəbul edən günü dayaz yuxu və gecə boyunca bir neçə dəfə oyanma meydana gəlir. Spirti içkidən uzaq olan insanlar üçün isə bu gecələr, ümumiyyətlə əsəbi və gərgin keçir. Vaxt keçdikcə asılılıq yaranması isə davamlı spirt qəbul etməyə gətirib çıxarır. Rahat bir yuxu üçün spirtli içkilərdən uzaq durmalısınız.

Tünd şokolad

Gün ərzində ləzzətlə yeyilən şokoladı axşam da yemək istəyirsiniz. Şokolad yemək ləzzətli olsa da bu, sizin gecəni keyfiyyətli yuxu ilə keçirməyinizə mane olan qidalardan biridir. Yuxu qaçıran və insana ekstra enerji verən kafenin bu şokolad miqdarı daha çoxdur. Demək olar ki, tərkibində bütün şokoladlar içərisində olan kofein var. Bu şokoladı gecə yedikdə ürək ritminin sürətlənməsi baş verir. Bu zaman isə yuxunuzun keyfiyyəti pozulur. Ağ şokoladların isə tərkibində bu komponentlər daha az olduğu üçün yuxu keyfiyyətinə təsiri daha azdır.

Sarımsaq

Ümumi olaraq yatmazdan əvvəl içərisində sarımsaq olan qidaları yemək məsləhət deyil. Bunun bir çox səbəbi olsa da, əsl təməl səbəb yuxu nizamsızlığı yaratması və gecə keyfiyyətsiz yuxuya səbəb olmasıdır. Sarımsağın yuxu qaçırmasına təməl səbəbi mədə göynəməsi yaratmasıdır. Xüsusilə, sarımsağın həssas mədədə refleks kimi problemlər yaratmasını unutmayın.

Səhər yeməyində yeyilən taxıllar

Hazırda bir çox insan səhər yeməyində taxıllara üstünlük verir. Bu qidalar bəzi hallarda yüksək kalori tərkibli olmadığı üçün gecə yatmazdan əvvəl də yeyilir. Lakin nəzərə alın ki, yuxunuzun pozulmasına səbəb olan qidalardan biri də səhər yeməyi üçün nəzərdə tutulan taxıllardır. Yatmazdan əvvəl qan şəkərinizin sürətlə yüksəlməsini təmin edən taxılları yemək keyfiyyətsiz bir yuxuya ekvivalentidir.

Şirniyyatlar

Gün ərzində şirniyyat ehtiyacını qarşılamaq üçün yeyilən şirniyyatlarda gecə yuxusunu pozan qidalardan biridir. Aparılan araşdırmalardan birində yuxudan əvvəl bir neçə adama şirniyyat verilib. Məlum olub ki, şirniyyat yedikdən sonra yatan 10 fərddən 7-si gecə yuxuda qorxub və narahat yatıb. Bu vəziyyət gecə yatmazdan əvvəl yüksək miqdarda alınan şəkərin nəticəsi olması kimi qiymətləndirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31