Azərbaycanın məşhur memarı vəfat edib
Bu gün memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
12 Avqust 2016 17:43 SosialBu gün memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
F.Məmmədov 06 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışıb F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində çalışıb. F.Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olub.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31