Sarkisyan Köçəryanın əsas kadrına vəzifə verir
Ermənistan XİN-in yeni rəhbəri Prezident Administrasiyasının hazırkı sədri Vigen Sarkisyan olacaq.
11 Avqust 2016 17:25 SosialErmənistan XİN-in yeni rəhbəri Prezident Administrasiyasının hazırkı sədri Vigen Sarkisyan olacaq.
Axar.az bildirir ki, Nalbəndyan istefaya getdikdən sonra Fransaya səfir göndəriləcək.
Sarkisyan Prezident Administrasiyasının rəhbərliyinə Milli Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Gevorkyanı gətirməyi planlaşdırıb. Gevorkyan Prezident Administrasiyanın rəhbəri olmaqla bərabər, əvvəlki postunu da qoruyub saxlayacaq.
Qeyd edək ki, "Qraparak" qəzeti bundan öncə də Nalbəndyanın istefaya gedəcəyini və onun yerinə Vigen Sarkisyanın gətiriləcəyini açıqlayıb.
Gevorkyan eks-prezident Robert Köçəryanın əsas kadrlarından hesab olunur. O, məhz Köçəryanın dövründə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.