Alman məktəblilər Azərbaycana səfərə gəliblər

Avqustun 11-də İnsan Resursları Departamentində SOCAR və Almaniyanın UniPer şirkəti arasındakı əməkdaşlıq proqramı üzrə həyata keçirilən layihələrdən biri - “Azərbaycan Yay Düşərgəsi” Proqramının iştirakçıları ilə görüş keçirilmişdir. Socar.gov.az xəbər verir ki, görüşdə UniPer şirkətinin nümayəndələri də iştirak etmişlər.

Avqustun 11-də İnsan Resursları Departamentində SOCAR və Almaniyanın UniPer şirkəti arasındakı əməkdaşlıq proqramı üzrə həyata keçirilən layihələrdən biri - "Azərbaycan Yay Düşərgəsi" Proqramının iştirakçıları ilə görüş keçirilmişdir. Socar.gov.az xəbər verir ki, görüşdə UniPer şirkətinin nümayəndələri də iştirak etmişlər. İRD-nin rəisi Asif Bəkirli çıxış edərək UniPer nümayəndələrini və düşərgə iştirakçılarını salamlamış, onlara xoş arzularını çatdırmışdır. Azərbaycan və Almaniya arasında iqtisadi-siyasi əlaqələr haqqında məlumat verən A.Bəkirli münasibətlərin inkişafından bəhs etmiş, neft-qaz ölkəsi olan Azərbaycanın Almaniya üçün mühüm tərəfdaşlardan biri olduğunu qeyd etmişdir. 2016-cı ilin iyununda Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunun vacibliyi haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşən A.Bəkirli bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda iştirakı və "Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik" fikrini səsləndirməsi ölkələrarası münasibətlərin müsbət istiqamətdə inkişaf etməsindən xəbər verir. Daha sonra A.Bəkirli SOCAR-UniPer əməkdaşlığından danışmış, 2013-cü ildə SOCAR və "E.ON" (hazırkı UniPer) şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələrinin deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlərin genişləndiyini bildirmiş, qeyd etmişdir ki, Proqram çərçivəsində 2014-cü ildən SOCAR işçilərinin övladları üçün Almaniyada, UniPer əməkdaşlarının övladları üçün isə Azərbaycanda "Yay Düşərgəsi" proqramları həyata keçirilir. Proqram çərçivəsində avqustun 8-dən 20-dək Azərbaycanda səfərdə olan alman uşaqlar respublikanın müxtəlif bölgələrinə səfərlər edəcək, tarixi, mədəni məkanlarla tanış olcaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31