Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək

Noyabr ayında Bakıda Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri baş tutacaq.

Noyabr ayında Bakıda Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri baş tutacaq. Əmlak Məsələləri Dövlət Komitəsinin, "Atılım Fuarcılık" və "Elan Expo" şirkətlərinin təşkilatçılığı ilə noyabrın 22-24-də "Baku Expo Mərkəzi"ndə RecExpo II - Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın ən geniş və əhəmiyyətli daşınmaz əmlak və investisiya sərgisi olan RecExpo II beynəlxalq inşaat və daşınmaz əmlak şirkətləri tərəfindən layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. RecExpo II sərgisində Azərbaycandan və xarici ölkələrdən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31