315 saylı uşaq bağçasında valideynləri necə “yolurlar”

Hal hazırda uşaq bağçaları və körpələr evlərinə balacaların qəbulu keçirilir. Hər il bu vaxt olduğu kimi, bu il də bağça müdirələri pul yığma kampaniyasına girişib. Narazı olan valideynlər Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, təəssüflər olsun ki, onların şikayətləri qulaq ardına vurulur və nəticəsiz qalır. Bu məqamın özü bağça müdirlərinin qeyri-qanuni biznesinin yuxardan idarə edilməsinə dair şüphələr yaradır. İrevan-press.com-a etibarlı mənbələrdən daxil olan məlumatlara görə, bağça müdirləri arasında "rüşvət yığma yarışında" ən çox canfəşanlıq edənlərdən biri də paytaxtın Xətai rayonunda yerləşən 315 saylı usaq bağçası-körpələr evinin müdirəsi Nazilə Həsənovadır. Verilən məlumatlarda o da vurğulanır ki, Həsənova bağçadakı əksər qrupların yarım boş vəziyyətdə olmasına baxmayaraq, valideynlərə yer olmadığını bildirir və yalnız onlarla razılaşdıqdan sonra usaqlarını bu məktəbə qədər təhsil müəssisəsinə qəbul edir. Adının çəkilməsini istəməyən mənbəmizin verdiyi məlumata görə, bu yaxınlarda bir valideyn iki uşağını sözü gedən usaq bağçasına düzəltmək istəyəndə onların hərəsinə görə 300 manat pul tələb edilib. Işi "topdan həll etməyi" təklif edən valideyn isə bildirib ki, maddi vəziyyəti çox pisdir və mümkün olsa ümumi məbləğdən 100 manat ona güzəşt edilsin. Mənbə iddia edir ki, gözləri hədəqəsindən çıxan Nazilə xanım son təhlükəsizlik avadanlıqlarındakı sirenalar kimi "SOS-a" bənzər səs çıxararaq valideyni otaqdan qovmuşdur. Digər məlumatlı şəxsin bildirdiyinə görə isə, Nazilə Həsənovanın icra sturukturunda himayədarı var elə bu səbəbdəndir ki, o, heç kəsdən çəkinməyərək rəhbərlik etdiyi məktəbə qədər təhsil müəssisəsinə uşaqları pulla götürür və eləcə də bağçaya ayrılan ərzaqların da əksəriyyətini mənimsəyərək, körpələrin qidalanması məsələsini də özünün qazanc mənbəyinə çevirib. Təssüflər olsun ki, qarşı tərəfin münasibətini öyrənməyə cəhd göstərsək də, məqsədimizə nail ola bilmədik. Ümidvarıqki növbəti yazımızda Nazilə xanımın da mövqeyini qarşı tərəf kimi dərc edə biləcəyik. irevan-press.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31