Doğu Akdeniz Universitetindən azərbaycanlı tələbələrə sərfəli təklif
Bakıda Şimali Kipr Türk Cumhuriyyətinin Doğru Akdeniz Universiteti “Tanıtım proqramı və qalib seçimi” mövzusunda tədbir keçirib. Tanıtım təqdimatında qeyd edilib ki, Şimali Kipr Doğu Akdeniz Universiteti 1979-ci ildə Quzey Kıprıs Türk Cumhuriyyətində qurulan yeganə ali təhsil ocağıdır. Beynəlxalq səviyyəli dövlət universiteti statuzu qazanmış Doğu Akdeniz Universitetində 98 fərqli ölkədən 20 min tələbə təhsil alır.
29 İyul 2016 18:57 SosialTəhsil keyfiyyətli, təhsil haqqı əlçatandır
Bakıda Şimali Kipr Türk Cumhuriyyətinin Doğru Akdeniz Universiteti "Tanıtım proqramı və qalib seçimi" mövzusunda tədbir keçirib. Tanıtım təqdimatında qeyd edilib ki, Şimali Kipr Doğu Akdeniz Universiteti 1979-ci ildə Quzey Kıprıs Türk Cumhuriyyətində qurulan yeganə ali təhsil ocağıdır. Beynəlxalq səviyyəli dövlət universiteti statuzu qazanmış Doğu Akdeniz Universitetində 98 fərqli ölkədən 20 min tələbə təhsil alır. Eyni zamanda 35 fərqli ölkədən professor- müəllim heyyəti çalışır. Ali təhsil sferasında 37 illik təcrübəyə malik universitetdə tədris türk və ingilis dillərində keçirilir. Doğu Akdeniz Universiteti dünyada ən önəmli Kampus sistemi qurulan universitetdir. 30-dan artıq elmi-tədqiqat mərkəzinə malik universitetdə tələbələrə gündə üç dəfə pulsuz yemək, yataq, kompyuter, internet xidməti, kitabxanadan, idman zallarından istifadə imkanları yaradılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək 650 bal toplayan tələbələr paket xidmətindən pulsuz istifadə edə bilir. Lakin universitetdə aşağı balla da oxumaq mümkündür. Doğu Akdeniz Universitetinin beynəlxalq təhsil ocağı olmasının ən böyük səbəbi odur ki, bu universitet 30-dan artıq dünyada keçərli olan beynəlxalq akreditasiyaya sahibdir. Bu o deməkdir ki, verilmiş diplomlar dünyanın istənilən ölkəsində keçərli sayılır. Bu gün Doğu Akdeniz Universitetinin onlarla məzunu var ki, Azərbaycanda müxtəlif sahələrdə rəhbər vəzifələrdə təmsil olunurlar. Doğu Akdeniz Universiteti ilə Təhsil Nazirliyi arasında da əməkdaşlıq memorodumu imzalanıb. Ona görə də bu universitetin diplomunun tanınması ilə bağlı problemi yoxdur. Universitetin dünyanın 200-dən artıq tanınmış, öndə gedən universitetləri ilə əməkdaşlığa dair protokolu var. Eyni zamanda, Azərbaycanla bağlı da bir sıra universitetlərlə əməkdaşlığa dair protokulu mövcuddur. Doğu Akdeniz Universiteti ABŞ və İngiltərə universitetləri ilə tələbə mübadiləsi aparır. Tələbələrin hətta ikili diplom almaq şansı var. Odur ki, Azərbaycan gənclərinə tövsiyyə olunur ki, bu universitetin imkanlarından yararlansınlar. Tədbirdə Şimali Kipr Türk Cumhuriyyəti barədə ətraflı məlumat verilərək bu ölkə barədə rolik nümayiş etdirilib. Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycandakı nümayəndəsi Suğra Ələkbərova bildirib ki, səfirlik 20 oldir ki, fəaliyyət göstərir və ötən müddət ərzində bu ölkədə təhsil alan tələbələrin problemləri ilə yaxından məşğul olub. Onun sözlərinə görə, Doğu Akdeniz Universitetində təhsil yüksək səviyyədədir, təhsil haqqı isə əlçatandır. Universitetdə distant təhsil yenu proqram kimi tətbiq edilir. İngilis dilini bilməyən tələbələr universitet tərəfindən bir il müddətinə hazırlıq kursuna cəlb olunur. Sonra Doğu Akdeniz Universitetinin məzunları olan Aybəniz Hüseyn və Fəxri Qafarlı universitetin imkanlarından danışıblar. Bildiriblər ki, universitetin müasir tələblərə cavab verən 7 mindən çox tələbənin yaşaya biləcəyi yataqxanası var. Əllidən artıq müxtəlif maraq çərçivəsini əhatə edən tələbə klubu fəaliyyət göstərir. Sonda Doğu Akdeniz Universitetində oxumaq üçün müraciət edən 5 manizəddən biri bu universitetdə pulsuz təhsil almaq üçün seçilib.
Alim