Yasamalda ikimərtəbəli ev yanıb
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib.
28 İyul 2016 14:53 SosialBakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ikimərtəbəli ümumi sahəsi 80 kv.m olan 4 otaqlı yaşayış evinin yanar konstruksiyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00