Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri davam edir

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən “Azəravtoyol” AS tərəfindən Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işləridavam etdirilir.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"ına əsasən "Azəravtoyol" AS tərəfindən Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işləridavam etdirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən avtomobil yolunun uzunluğu 11 km, ortalama eni isə 9,5 m-dir. Yolun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür. Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı yolun 1.5 km-lik hissəsi əsaslı şəkildə təmir olunur, 9.5 km-lik hissəsində isə orta təmir işləri aparılır. Orta təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Hazırda əsaslı şəkildə təmir işlərinin aparıldığı 1.5 km-lik ərazidə yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00