Qəbələ VIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

İyulun 30-dan avqustun 5-dək Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmıətindən “OLAYLAR”-a bildirilib ki, festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

İyulun 30-dan avqustun 5-dək Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmıətindən "OLAYLAR"-a bildirilib ki, festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Hazırda VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi ərazidə ciddi hazırlıq işləri görülür. Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə küçə, park və bağlarda abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır. Əhalinin bu festivala olan marağını artırmaq üçün Bakı, Qəbələ, Şəki, Şamaxı, İsmayıllı və Gəncənin mərkəzi meydanlarına, park və küçələrinə xüsusi plakatlar quraşdırılıb, müxtəlif broşürlər paylanılıb. Bundan əlavə, festivalın keçiriləcəyi Heydər Əliyev Konqres Mərkəzinin böyük zalında, eləcə də qonaqların yerləşəcəyi beşulduzlu "Qafqaz Resorte" və "Qafqaz Riverside" hotellərində hazırlıq işləri başa çatmaq üzrədir. Hazırda Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq hava altında keçiriləcək konsertlər üçün möhtəşəm səhnə quraşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00