Zığ-Hövsan yolu yenidən qurulur

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 24.5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 kmolan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 24.5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 kmolan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6.8 km yolun1.1 km-i Bakı I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. Burda ayrıcı zolağın eni 4 m, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 m olmaqla yol yatağının eni 35 m-dir. Yol boyu hər iki istiqamət üzrə 2 m enində səkilər və 400 m uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.  6.8 km-lik Zığ-Hövsan yolunun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurularaq hər iki istiqamət üzrə 2 olmaqla, 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Layihəyə əsasən avtomobil yolunda hərəkət hissəsinin eni 18.5 m, ayrıcı zolağın eni 3 m, hər iki istiqamət üzrə çiyinlərin eni 3 m olmaqla torpaq yatağinin eni 27.5 m olması nəzərdə tutulub. Zığ-Aeroport yolundan Zığ-Hövsan yoluna avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə yeni dairə və yol hissəsi də inşa edilir. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilər asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 130 min m2 sahəsinin 3 qat olmaqla asfaltlanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00