Partlayış zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü iyulun 27-si səhər saatlarında evə buraxılıb.
27 İyul 2016 11:31 Sosialİyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü iyulun 27-si səhər saatlarında evə buraxılıb. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Müdafiə Sənayesi Nazirliyi yayıb. Bildirilib ki, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir. Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00