“AtaTravel” MMC “İsmayıllı-Lahıc”-a tur təklif edir
26 Aprel 2016 13:36 Sosial"AtaTravel" MMC aprelin 29-dan başlayaraq hər həftə sonu "İsmayıllı-Lahıc"-a tur təklif edir. Şirkətdən "OLAYLAR"-a bildirilib ki, "İsmayıllı-Lahıc" turunun bir nəfər üçün qiyməti nəqliyyat xidməti və fotosessiya daxil olmaqla 23 AZN təşkil edir. Səhər yeməyi, nahar yeməyi, çay süfrəsi, professional foto-çəkiliş, Qobuland əyləncə mərkəzinə ekskursiya daxil olmaqla 33 AZN təşkil edir. Nəqliyyat "Excelsior Hotel Baku" otelinin qarşısından yola düşür. Proqrama Lahıc qəsəbəsinin tarixi abidələrinə və dağ şəlaləsinə ekskursiya, Ismayıllıda meşə ətrafında yerləşən gözəl bir istirahət mərkəzində voleybol meydançasına və Qobuland əyləncə mərkəzinə ekskursiya daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00