Qəhvə ölüm riskini azaldır VIDEO

Qəhvə insan orqanizminə xeyirlidir, yoxsa zərərli? Bu suala cavablar hər zaman fərqli olub. Kimi bu içkinin insan sağlamlığında dəhşətli fəsadlara yol aşdığını, kimi isə əksinə faydalı olduğunu iddia edir. Harvard Universitetinin mütəxəsissləri də bu mövzu ilə bağlı araşdırma aparıblar. Maraqlı nəticələr əldə olunub. Gündə 2-3 fincan qəhvə içmək ölüm riskini azaldır. Harvard Universitetinin mütəxəsissləri apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər. 10 il davam edən araşdırma nəticəsində məlum olub ki, qəhvə içmək ürək xəstəlikləri riskini azaldır, təzyiq problemlərini həll edir. Bundan başqa qəhvənin iflic, diabet və qaraciyər xəstəliklərinə də müsbət təsir göstərdiyi deyilir. Eyni zamanda qəhvənin  süd vəzi xərçənginə yoluxma riskini azaltdığı da müəyyən olunub. Lakin  mütəxəssislər gün ərzində 3 fincandan artıq qəhvənin təzyiqi yüksəldə biləcəyini haqqında da xəbərdarlıq ediblər.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00