Aramsız öskürəyin dərmanı
25 Aprel 2016 18:45 SosialYaz ayının virusları nəticəsində yaranan inadçıl öskürək, burun axıntısı kimi mövsümi narahatlığı aradan qaldırmaq üçün təbii vasitələrə üstünlük vermək həm cibimizə, həm də canımıza xeyirli olacaq. Bu təbii vasitədən 10 gün içmək öskürəkdən tamamilə azad edəcək. Lakin mütəmadi, davamlı içilməlidir.
Lazım olanlar:
1 ədəd orta böyüklükdə soğan
1 diş iri sarımsaq, yarım armudu stəkan bal
Hazırlanması:
Soğanı soyulub, qabığa zərər vermədən oyulur, altına bir neçə iynə batırılır. Altına iynələr ona görə batırılır ki, bal süzülə bilsin.
1 diş sarımsaq soyulub , əzilir bunu bal ilə qarışdırıb soğanın içinə doldurulur və bir stəkanın içinə şəkildəki kimi oturdulur. İçindəki bal tamamilə süzülüncə, soğanın içinə təkrar bal tökülür.
2. Dərman süzülərkən hazır hala gəlir, və səhər-axşam aç, tox fərq etməz, 1 xörək qaşığı qəbul edilir.
3. Bir neçə günə öskürək tamamilə ötüşüb keçirir. Həmçinin orqanizmdə immun sisteminin güclənməsinə kömək edir.