Qəbələ və Salyanın daha iki kəndinə ilk dəfə təbii qaz verilib

Martın 18-də Qəbələ və Salyan rayonlarının daha iki kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Qəbələ rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 337 abonenti olan Qəmərvan kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 17017 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Salyan rayonunun 91 abonentlik Alçalı kəndinə birpilləli sistem əsasında aparılan qazlaşdırma işləri zamanı 6535 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00