Türkiyədən Azərbaycana Bayram Festivalı hədiyyəsi - PROQRAM
18 Mart 2016 18:19 SosialTürkiyəlı sənətçilər Azərbaycanda açıq hava konsertləri verəcək. Türkiyənin Bakıdakı səfirliyindən Milli.Az-a bildiriblər ki, Novruz bayramı münasibətilə Türkiyə səfirliyinin Kültür və Tanıtma Müşavirliyi, Yunus Əmrə Vəqfinin Bakı təmsilçiliyi və TİKA Azərbaycanın müxətlif bölgələrində açıq hava konsertlərinə start verir.
19 mart - saat 11:00 Gəncə (Xalqa açıq konsert)
19 mart - saat 17:00 Tovuz (Xalqa açıq konsert)
20 mart - 19:00 Şəki (Şəki Dövlət Dram Teatrı)
21 mart - 19:00 Bakı (Heydər Əliyev Sarayı)
22 mart - 18:00 Naxçıvan. (Mömünə Xatun Türbəsi/Xalqa açıq konsert)
"Türkiyə Respublikası azərbaycanlı qardaşlarının Novruz Bayramını təbrik edir" şüarlı Novruz Festivalında Türk Xalq Rəqsləri ansamblı, əl sənəti ustaları işlərinin nümayişi nəzərdə tutulub.