"Təhsil" televiziyasının hazırladığı filmlərin təqdimatı olub

Bu gün "Təhsil" televiziyasının hazırladığı filmlərin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə məlumat verilib ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan televiziya tərəfindən qısa müddət ərzində 30-dan çox film çəkilib. Sonra "Təhsil" televiziyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə müəllim, tələbə, Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının obrazlarını canlandıran filmlərdən 7-si nümayiş etdirilib. Daha sonra filmlərin qəhrəmanları və yaradıcı heyəti öz təəssüratlarını bölüşüblər. Təhsil naziri Mikayıl Cabbarov Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, bu televiziyanın yaranmasının uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədinə xidmət etdiyini bildirib: "Təhsil" televiziyasının maarifçilik missiyası daşıdığını deyən M.Cabbarov televiziyanın gələcəkdə fəaliyyətini genişləndirməklə təhsil islahatlarına daha böyük töhfə verəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00