"Qapı-pəncərəni bağlayın! "- Polisdən XƏBƏRDARLIQ
18 Mart 2016 17:42 SosialBakıda polis paytaxt sakinlərinə müraciət edib. Baku.ws-ə istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi ərazidə yaşayan sakinlərə müraciət edərək oğrulara qarşı diqqətli olmağa çağırıb. Polisin müraciətində qeyd edilir ki, mənzilin qapı və pəncərəsini yaxşıca bağlayın. Rayona və ya xaricə istirahət etmək üçün yollananlar mənzilin təhlükəsizliyinə önəm verməlidir. Polis bölməsindən bildirilir ki, vətəndaşlar avtomobildə bahalı əşyalar və pul saxlamasınlar. Bununla yanaşı, mənzilə siqnalizasiya da qoşdurmaq məsləhət görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00