Şabranda multikulturalizmlə bağlı tədbir keçirilib
18 Mart 2016 16:59 Sosial"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şabran rayon İcra Hakimiyyətinin dəstəyilə Şabran şəhərində "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" mövzusunda konfrans keçirib. "OLAYLAR"-ın xəbərinə görə, təbbir iştirakçıları əvvəlcə martın 13-də qardaş Türkiyədə baş vermiş terror aktı nəticəsində həyatını itirmiş günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Konfransı giriş sözü ilə Şabran Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Minə Quliyeva rayonun dini-etnik tərkibi haqda geniş məlumat verib. TUMİB sədri Çingiz Bayramov bildirib ki, vətəndaş cəmiyyəti institutları Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işlərə hərtərəfli dəstək verməlidir. TUMİB sədri deyib ki, gəncləri yad və radikal sektaların təsirindən qorumaq basilica vəzifə olmalıdır. TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə bildirib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə həssas yanaşır. Natiq deyib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsinin əməkdaşı Ramin Xudayev deyib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. R.Xudayev bildirib ki, bu müsbət tendensiya bu gün də davam edir.