Kamboca Azərbaycanın təcrübəsini öyrənir
18 Mart 2016 16:58 SosialKamboca Krallığının Dövlət Qulluğu Nazirliyinin Dövlət Katibinin müavini Thor Sethananın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib. Komissiyadan "OLAYLAR"-a bildirilib ki, səfərin əsas məqsədi dövlət qulluğu sahəsində Azərbaycan modelini, dövlət idarəçiliyi və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsini öyrənməkdən ibarətdir. Nümayəndə heyətinin tərkibinə Krallığın Dövlət Qulluğu Nazirliyinin, İdarəçilik Məktəbinin, Təhsil, Gənclər və İdman Nazirliyinin, Baş Katiblik yanında Dövlət Maliyyə İdarəçiliyi üzrə İcraiyyə Komitəsinin, İqtisadiyyat və Maliyyə Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Kamboca Krallığındakı nümayəndəliyinin əməkdaşları daxildirlər. Səfər zamanı nümayəndə heyəti üçün "Azərbaycan Respublikasının dövlət qulluğu sistemi", "Dövlət qulluğuna qəbulda obyektivlik və şəffaflığın təmin olunması", "E-xidmətlər. Dövlət qulluğuna qəbulun İT idarə edilməsi sistemi", "Test tapşırıqlarının təkmilləşdirilməsi və ekspertizası. Dövlət qulluğu imtahanına hazırlıq. Test və müsahibə proqramları", "Dövlət qulluğuna qəbulun maddi-texniki təminatı", "Dövlət qulluqçularının peşəkarlığının inkişaf etdirilməsi. Dövlət qulluqçuları üçün Təlim Mərkəzinin yaradılması" və "Dövlət qulluğunda etika və korrupsiyaya qarşı mübarizə" mövzularında təqdimatla çıxışlar olacaq. Nümayəndə heyəti Komissiyanın Test İmtahanı Mərkəzində və Asan xidmət mərkəzində olacaqlar.