Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
18 Mart 2016 16:49 SosialBaş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) imtahan-qeydiyyat və texniki baxış şöbələri bayram günlərin adi iş rejimində çalışacaq. Bu barədə APA-ya BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
O qeyd edib ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən, Novruz bayramında qeyri-iş günü olmasına baxmayaraq, martın 19-dan 28-dək BDYPİ-nin imtahan-qeydiyyat və texniki baxış şöbələri də adi iş rejimində fəaliyyətini davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00