“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi ilə bağlı ictimai müzakirə təşkil ediləcək
18 Mart 2016 16:37 Sosial"Dövlət Qulluğu Məcəlləsi"nin layihəsi ilə bağlı ictimai müzakirə təşkil ediləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yayıb. Bildirilib ki, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə "Dövlət Qulluğu Məcəlləsi"nin layihəsi hazırlanmış və dövlət orqanlarına təqdim edilib. Dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yenidən işlənilib və müvafiq dövlət orqanlarına təqdim olunub. Bu məqsədlə aprelin 12-də "Dövlət Qulluğu Məcəlləsi" layihəsinin ictimai dinləmə və ictimai müzakirəsi ilə bağlı yığıncaq keçiriləcək. İctimai müzakirə Komissiya ilə BMT tərəfindən birgə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Hərtərəfli İnstitusional Quruculuq Proqramı çərçivəsində İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək Layihəsi çərçivəsində təşkil edilir.