Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşlar 28 mart tarixinədək aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00