PR menecerlər arasında “Nə? Harada? Nə vaxt?” oyunu keçirildi

"Excelsior Hotel & Spa Baku" otelində populyar "Nə? Harada? Nə vaxt?" intellektual oyununda PR-menecerlərdən ibarət komandalar yarışıblar. "OLAYLAR"-a daxil olan məlumata görə, oyunda "AtaHolding" ASC, "Veysəloğlu Holdinq", "AtaBank" ASC, Mədəniyyət və Turizm Nazirliyi, Paşa Həyat Sığorta, Gazelli Qrup, Bakcell, Caspian Development Bank, Excelsior Hotel Baku və digər şirkətlərin PR üzrə nümayəndələri iştirak ediblər. İntellektual yarışma "Excelsior Hotel & Spa Baku" otelinin və "Game TV"-nin təşkilati dəstəyi ilə baş tutub. PR menecerlər oyunda müxtəlif mövzularda olan sualları cavablandıraraq öz bilik səviyyələrini və dünyagörüşlərini nümayiş etdiriblər. Qaliblərə "Game TV"-nin rəhbəriyi adından sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00