Problemli kreditlər 6,2 faiz təşkil edir
18 Mart 2016 15:55 Sosial2016-cı ilin fevral ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21186,2 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatlarına görə, onun 16165,2 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il fevral ayının 1-i ilə müqayisədə 14,0 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,2 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il fevral ayının 1-nə 8643,3 milyon manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00