ÜDM 3,2 faiz azalıb

2016-cı ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 7888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının azalması olmuşdur. Əlavə dəyərin 38,1 faizi sənayedə, 13,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 13,6 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata bərabər olmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00